Yığmamızın baş məşqçisi üçün debüt anı
14.12.2011 - 15:40
DÇ-2012-nin seçmə mərhələsinin sabah Xorvatiya ilə keçiriləcək oyunu Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssis karyerasında il dəfə DÇ oyununun iştirakçısı olacaq.
Futzalçı kimi Braziliya yığmasında oynamayan cənubi amerikalı bu üzdən mundialların nə seçmə, nə də final mərhələlərində çıxış edib. Baş məşqçi kimi əvvəllər yalnız klublarda çalışmış mütəxəssis üçün ilk milli komanda elə bizim yığma olub.
2008-ci ildə millimizin “sükanı arxasına” keçən Joze alesio ötən mundialın seçmə oyunlarından sonra bu posta gəmişdi. Bu üzdən də DÇ-lərdə debüt etmək imkanının o, yalnız indi qazanıb.
Yığmamızın iştirak etdiyi əvvəlki 3 seçmə mərhələdə fərqli çalışdırıcılarla çıxıb. 4-cü cəhddə 4-cü mütəxəssislə mübarizə aparacaq komandamızda 2 yerli, 1 əcnəbi olub. Braziliyalı yığmamızın DÇ ümidlərini gerçəkləşdirməyə çalışacaq 2-ci legioner məşqçi kimi tarixə düşəcək.

| Hacıbala Abdullayev | 4 | 1 | 1 | 2 | 19-22 | 4 |
|---|---|---|---|---|---|---|
| Rüstəm Rəhimov | 2 | 0 | 1 | 1 | 5-10 | 1 |
| Andrey Yudin | 3 | 2 | 0 | 1 | 15-6 | 6 |
| Joze Alesio da Silva |
- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0