“Qəbələ” “Turan”a rəhm etdi
15.12.2011 - 00:07
“Qəbələ” Premyer Liqada heç də yaxşı günlərini yaşamayan “Turan”a qarşı qərarını ləğv edib. Apasport.az saytının məlumatına görə, məhz şimal klubundan “Turan”a icarəyə verilən Anar Nəzirovla bağlı müddəa qüvvədən düşüb.
“Qəbələ” gənc qapıçını icarəyə verərkən müqaviləyə belə bir bənd daxil etmişdi ki, Anar Qəbələyə qarşı oyunlarda forma geyinə bilməz. İlk dövrənin oyununda adı iştirak ərizəsinə salınmayan Nəzirov bu günkü görüşdə mübarizə aparacaq.
Anar apasport.az saytına açıqlamasında bildirib ki, cavab oyununda iştirak edəcək: “Bu oyunda meydançaya çıxa biləcəyəm. Çünki qadağa bir oyun üçün nəzərdə tutulmuşdu. Oyuna yaxşı hazırlaşmışıq. Əzmkarlıq göstərəcəyimə inanıram”.
Qeyd edək ki, “Turan” rəqibini neytral meydanda – Şəmkirdə qəbul edəcək.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0