Vüqar Nadirov: Onun mahnılarının sədası altında böyümüşəm
15.12.2011 - 00:10
“Ağdama səfər öncəsi Qədir Rüstəmovun ölüm xəbəri mənə pis təsir etdi. Çünki mən onun mahnılarının sədası altında böyümüşəm. Xüsusən də, rəhmətlik atam Qədir Rüstəmovun ifa tərzini çox bəyənirdi. O, Ağdamda böyük şəxsiyyət sayılırdı. Bizim bütün xeyir işlərimizdə iştirak edib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.
Milli komandamızın da şərəfini qoruyan Nadirov dünən dünyasını dəyişən Qədir Rüstəmovla indiki müğənniləri özlərinə məxsus ləhcədə fərqləndirib: “İndiki müğənnilər “bikara”dır. Qədir Rüstəmov isə əsl sənətkar, xalqın artisti idi”.
“Qarabağ” növbəti oyununu məhz Ağdamda, Qədir Rüstəmovun doğulduğu məkanda keçirəcək. Nadirov hesab edir ki, məhz bu hadisəyə görə, oyundan öncə bir dəqiqəlik sükutun elan olunması yaxşı haldır: “Əslində, bu, mənim ixtiyarımda olan məsələ deyil. Əgər belə bir qərar verilsə, çox yaxşı haldır. Qədir Rüstəmov elə-belə adam olmayıb”.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0