Mirça Rednik: Hadisəni mənə danışanda, inanmağım gəlmirdi
15.12.2011 - 10:42
Bir neçə gün əvvəl Belçikanın Lyej şəhərinin mərkəzində baş verən terror aktı “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Redniki qorxuya salıb. Apasport.az saytının məlumatına görə, ailəsi bu şəhərdə yaşadığından, Rednik yaxınları üçün narahatçılıq hissi keçirib.
Özü də cinayətkarlar Sen-Lember meydanında avtobus dayanacağına əl qumbaraları atıb, insanları güllələməsindən az əvəl çalışdırıcının qızı da orda olub. Luana Rednik qanlı hadisədən cəmi 15 dəqiqə əvvəl meydanı tərk edib.
Ata Rednik hadisədən dəhşətə gəldiyini açıqlayıb: “Hadisəni telefonda mənə danışanda, inanmağım gəlmirdi. Qızım isə yarmarkaya gedirmiş ki, alış-veriş etsin. Bəxti gətirib ki, terrorçuların hücumundan az əvvəl geri qayıdıb. Burada dəqiqələrin rolu olub”.
Qeyd edək ki, bir müddət əvvəl “Xəzər Lənkəran”la yollarını ayıran Rednikin qızı vaxtilə tennisçi olub.

0
0