“Qarabağ” – “Rəvan” matçı 1 dəqiqəlik sükutla başlayacaq
15.12.2011 - 11:56
“Qarabağ” – “Rəvan” matçı 1 dəqiqəlik sükutla başlayacaq
Premyer Liqanın sabah Quzanlı qəsəbəsi stadionunda keçiriləcək "Qarabağ" - "Rəvan" oyunundan əvvəl dünyasını dəyişən Azərbaycanın görkəmli xanəndəsi Qədir Rüstəmovun xatirəsi anılacaq. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan öncə xalq artistinin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, əslən Ağdam rayonundan olan Qədir Rüstəmov iki ay müalicə olunduğu İstanbulun Acıbadəm xəstəxanasında dünən, 76 yaşında dünyasını dəyişib.