Namiq Yusifov: Deməzdim ki, həmin an diqqətsizlik etdik
15.12.2011 - 12:56
“Rəvan”la görüş çox çətin olacaq. Komandanın başına Vladislav Qədirov keçdikdən sonra cəmi 1-2 dəfə uduzublar. Hər oyunda xoş təsir bağışlayırlar. Bizə qarşı da xüsusi hazırlaşacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Namiq Yusifov deyib.
O, klubun saytına açıqlamasında Premyer Liqanın XVII turunun “Rəvan”la sabahkı qarşılaşması haqda fikirlərini açıqlayıb: “Rəvan” çempionatın ən maraqlı komandalarından biridir. Amma buna baxmayaraq, biz də 3 xala köklənmişik. Son zamanlar “ev”də uğursuz oynayırıq. Düzdür, kubokda “Sumqayıt-Şəhər” üzərində böyük hesablı qələbə qazandıq. Amma çempionatda son 2 oyunda qələbə qazana bilməmişik. Ona görə də bu dəfə çiynimizə ağır yük düşür. İlk qarşılaşmada “Rəvan”a qarşı çox yaxşı oynamışdıq. Çoxsaylı qol imkanlarımız olmuşdu. Amma rəqib mini şansından istifadə etdi. Deməzdim ki, həmin an diqqətsizlik etdik. Amma bu futboldur. Hər şeyə hazır olmaq lazımdır. İnanıram ki, bu dəfə xətaya yol verməyəcəyik. Azarkeşlərimizi stadiona bizi dəstəkləməyə dəvət edirəm. “Rəvan”la oyun nə qədər çətin olsa da, ən yaxşısını etməliyik”.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0