Messinin sonuncu olduğu siyahı
15.12.2011 - 14:12
Messinin sonuncu olduğu siyahı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) əsrin ilk 10 ilində beynəlxalq arenada ən çıx qol vuranların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2001-10-cü illərdə milli komandada və qitə kuboklarda ən azı 50 qol vuranların cədvəlində cəmi 35 futbolçu yer alıb.

Hollandiyalı Ruud van Nistelroy əsrin ilk 10 ilində 86 qol vurmaqla, planetin ən yaxşısı olub. O, yığmada 33, qitə kuboklarında isə 53 dəfə fərqlənib. Fransalı Tyerri Anri 85, Fil Dişi Sahilindən olan Didye Droqba 83, almaniyalı Miroslav Kloze 81, kamerunlu Samuel Eto’O 79 qol vurmaqla ilk “5-lik”də qərarlaşıb.

Qeyd edək ki, ötən il dünyanın ən yaxşı futbolçusu seçilən argentinalı Lionel Messi 35 qolla siyahıda sonuncu yeri tutur.