Fatih Kavlak: Kənardan baxanda pulsuz oynadıqları hiss olunmur
15.12.2011 - 16:36
“Ağır oyun olacağını bilirdik. Bura meydan amilini də aid etməliyik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak deyib.
Premyer Liqanın XVII turunda bu gün “Turan”ı məğlub etməklə, baş məşqçi kimi çempionatda üçüncü qələbəsini qazanan Qəbələ təmsilçisi ilk “altılıq”dakı yerini də möhkəmlətmiş oldu. Oyun haqda danışarkən türkiyəli mütəxəssis rəqibin matçlarını izlədiklərini deyib: “Komandada baş verənləri daim izləyirdik. “Turan”ın oyunlarına da baxmışdıq. Etiraf edim ki, I hissədə rəqib bizdən üstün idi. Fərqlənmək üçün imkanları var idi”.
Baş məşqçi “Turan” haqda xoş sözlər söyləyərkən, bu futbolçuların aylardı maaş almamasının hiss olunmadığını deyib: “Kənardan baxanda, bu futbolçuların pulsuz oynadıqları hiss olunmur. Onlar meydanda əzmlə mübarizə apardılar”.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0