“Rəhbərlik söz verdi ki, problemi həll edəcəyik”
15.12.2011 - 17:37
“Həqiqətən də ağır oyun oldu. Turnir cədvəlindəki mövqeyimiz bizi qələbə qazanmağa məcbur edirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun yarımmüdafiəçisi Georgi Beriaşvili deyib.
Bu gün “Qəbələ” ilə üz-üzə gələn “Turan” cari mövsümdə 12-ci məğlubiyyəti ilə barışmalı olub. Matçın fəallarından olan və məğlubiyyətlə barışmayan gürcüstanlı yarımmüdafiəçi ədalətli nəticənin heç-heçə olmalı olduğunu deyib. O, fasiləyə qədər rəqibdən üstün oynadıqlarını, hətta qol vurmaq üçün imkanlarının olduğunu da bildirib: “Birinci hissədə yaxşı oynadıq. Hesabı aça bilərdik. Ancaq rəqib qapıçı daha yaxşı oynadı. Müdafiədə bir səhvə yol verdik, rəqib də bundan maksimum istifadə etdi. Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi”.
Yayda “Turan” heyətini xeyli sayda legionerlə gücləndirsə də, maliyyə çatışmazlığına görə, əksəriyyəti klubdan ayrılıb. Yalnız gürcüstanlı legionerlər hələ ki, karyerasını əyalət təmsilçisində davam etdirir. Futbolçudan onları “Turan”a bağlayan səbəbin nə olduğunu da öyrənməyə çalışdıq. Cavab isə lakonik oldu: “Rəhbərlik bizə söz verdi ki, probleminizi həll edəcəyik. Biz də buradayıq və oynamaqda davam edirik. Yaxın günlərdə işlərin qaydasına düşəcəyinə inanırıq”.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0