Şirin qələbə
15.12.2011 - 21:51
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən V qrupunda bu gün Ukrayna və Makedoniya yığmaları qarşılaşıb. Apasport.az saytının xəbərinə görə, rəqibini 2:1 hesabı ilə məğlub edən ukraynalıların baş məşqçisi Gennadi Lisençuk oyunla bağlı fikirlərini açıqlayıb. Matçın çətin keçdiyini bildirən mütəxəssisin fikrincə, komandasının asan qələbə qazanacağını düşünürmüş: “Makedoniya yığmasının reytinqdə aşağı pillədə olması bəlkə də oyunçularımızda asan qələbə qazanacağımız təəssüratını yaratmışdı. Çətin, amma belə demək mümkünsə, şirin qələbə qazandıq. Artıq asan rəqib yoxdur”.
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
0
0