Millimizdən 3 faizlik dəqiqlik
16.12.2011 - 10:37
Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə V seçmə qrupunun oyunlarına məğlubiyyətlə başlayan yığmamız qeyri-dəqiqliyin qurbanı olub. Apasport.az saytının məlumatına görə, Xorvatiyaya 1:3 hesabı ilə uduzan Joze Alesio da Silvanın yetirmələri 40 dəqiqəyə qapı istiqamətində 30 zərbə vursa da yalnız 1 dəfə qol sevinci yaşayıb. Bu isə millimizin zərbələrindəki effektliliyin 3,33 faiz olması deməkdir. Qonaqlarımız 8 zərbə az vursa da 3-də qapımızın torunu silkələyib. Özü də onların hədəfə düşdüyü 6 zərbədən yalnız yarısında qapıçımız komandanı xilas edib.
Azərbaycan |
| Xorvatiya |
---|---|---|
1 | Qollar | 3 |
13 | Çərçivəyə zərbələr | 6 |
17 | Qeyri-dəqqi zərbələr | 16 |
30 | Ümumi zərbələr | 22 |
11 | Künc zərbələri | 2 |
6 | Qayda pozuntuları | 6 |
1 | Sarı vərəqələr | 0 |
0 | Qırmızı vərəqələr | 0 |
0
0