Türkiyə klubları üçün PSV və “Braqa”
16.12.2011 - 16:30
Türkiyə klubları üçün PSV  və “Braqa”
Çempionlar Liqasının (ÇL) ardınca Avropa Liqasının da püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu turnirindən fərqli, bu yarışda 2 mərhələnin – 1/16 və 1/8 finalın püşkü birgə atılıb.

Türkiyənin turnirdəki təmsilçilərini 1/16 finalda ciddi sınaq gözləyir. “Beşiktaş” ötən mövsüm Avroliqanın finalçısı olan “Braqa” ilə qüvvəsini sınayacaq. “Trabzonspor” isə Hollandiyanın ən köklü və titullu klublarından sayılan PSV-ni mübarizədən kənarlaşdırmalıdır.

Avroliqanın əsas favoritləri olan Mançester təmsilçiləri özləri kimi ÇL-dən gələn komandalarla üzləşəcək. “Mançester Siti” qatıldığı turnirin son qalibi olan “Porto”, “Mançester Yunayted” isə “Ayaks”a rəqib düşdü. Göründüyü kimi, 1/16 final mərhələnin ən maraqlı cütləri məhz bu qarşıdurmalardır.

1. “Porto” (Portuqaliya) - “Mançester Siti” (İngiltərə)
2. “Ayaks” (Hollandiya) - “Mançester Yunayted” (İngiltərə)
3. “Lokomotiv” (Rusiya) - “Atletik” (İspaniya)
4. “Zalsburq” (Avstriya) - “Metallist” (Ukrayna)

5. “Stok Siti” (İngiltərə) - “Valensiya” (İspaniya)
6. “Rubin” (Rusiya) - “Olimpiakos” (Yuanıstan)
7. “Alkmaar” (Hollandiya) - “Anderlext” (Belçika)
8. “Latsio” (İtaliya) - “Atletiko” (İspaniya)

9. “Styaua” (Rumıniya) - “Tvente” (Hollandiya)
10. “Viktoriya” (Çexiya) - “Şalke” (Almaniya)
11. “Visla” (Polşa) - “Standard” (Belçika)
12. “Braqa” (Portuqaliya) - “Beşiktaş” (Türkiyə)

13. “Udineze” (İtaliya) - PAOK (Yunanıstan)
14. “Trabzonspor” (Türkiyə) - PSV (Hollandiya)
15. “Hannover-96” (Almaniya) - “Brügge” (Belçika)
16. “Legiya” (Polşa) - “Sportinq” (Portuqaliya)


1/8 final mərhələsinin püşkü


4-cü cütün qalibi - 6-cı cütün qalibi
16 - 1
9 - 10
11 - 15

5 -14
7 -13
8 - 12
2 - 3

Qeyd edək ki, 1/16 final oyunları gələn ilin fevralın 16-23-də, 1/8 final matçları martın 8-15-də keçiriləcək.