“Neftçi” “Real” və “Barselona”dan necə fərqlənir?
18.12.2011 - 12:38
“Neftçi” “Real” və “Barselona”dan necə fərqlənir?
İspaniyanın “Real” klubu yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Primeranın növbəti turunda “Sevilya”nı səfərdə 6:2 hesabı ilə darmadağın edən paytaxt təmsilçisi 2011-ci ildə vurduğu qolların sayını 119-a çatdırıb. Bununla da “Real” əzəli rəqibi “Barselona”ya məxsus rekordu qırıb. Kataloniyalıların 113 qolluq rekordu artıq kölgədə qalıb. Lakin madridlilər ilin son matçında Bilbao təmsilçisi “Atletik”ə vurulan qollarla bu rekrdu daha da artıra bilər.

Müqayisə üçün Azərbaycan çempionu və cari mövsümün lideri “Neftçi”nin vurduğu qolların sayına baxaq. Bakılılar 2011-ci ildə ölkə çempionatında 52 (210/11-in sonunda 17, 2011/12-nin əvvəlindıə 35), kubokda 5 (2010/11-də 4, 201/12-də 1) qol vurublar. Avrokuboklarda qola həsrət qalan “ağ-qaralar” cəmi 57 dəfə seviniblər. Bu isə 119 qol vuran “Real”ın vurduqlarının yarısından da az edir.
0