Avropa çempionatı Polşanın “Eurovision-2012” ilə bağlı planlarını pozdu
19.12.2011 - 09:43
Gələn Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsi birincilərin “Eurovision-2012”də iştirakla bağlı planlarını pozub. Apasport.az saytının məlumatına görə, Polşanın milli televiziya şirkəti TVP hər il ənənəvi keçirilən mahnı yarışmasında iştirakdan imtina edib. Bu isə həmin ölkənin 2012-ci ilin mayında Bakıda “Baku Crystal Hall” kompleksində keçiriləcək müsabiqəyə qatılmayacağı deməkdir.
Belə qərarın əsas səbəblərindən biri Avropada böyük futbol bayramı ilə bağlıdır. TVP efirinin əsas hissəsi məhz final mərhələsinə, habelə 2012-ci il iyulun 27-də Londonda başlayacaq Yay Olimpiya Oyunlarına həsr olunacaq. Düzdür, TVP-in Facebook sosial şəbəkəsində rəsmi səhifəsində bu informasiya hələ ki təsdiqlənməyib.

- Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ
- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
0
0