“Emin Mahmudov “Spartak”da təzyiqlə bacarmadı”
19.12.2011 - 10:12
“Emin Mahmudov “Spartak”da təzyiqlə bacarmadı”
Ukrayna milli komandasının sabiq futbolçusu Dmitri Parfenov Moskva “Spartak”ının azərbaycanlı oyunçusu Emin Mahmudovun problemlərindən danışıb. Apasport.az saytının məlumatına görə, vaxtilə “Spartak”da çıxışı ilə tanınan müdafiəçi milli komandamıza namizəd olan 19 yaşlı yarımmüdafiəçini 2011-ci ilin ümidləri boşa çıxaran futbolçusu sayır. Dmitri hələ “Saturn”da birgə oynadığı Eminin potensialına yaxşı bələd olduğundan, ona qiymət verməkdə çətinliklə üzləşməyib: “Mən Mahmudovdan çox şey gözləyirdim.

Onunla 1 il öncə “Saturn”da birgə idik. Emin problemləri psixologiyada idi. Oğlan təzyiqlə bacarmadı. “Saturn”dan fərqli “Spartak”da səhvləri bağışlamırlar. İndi Emin üçün optimal variant icarəyə getməkdir”.