44-cü darmadağınla “siftə”
19.12.2011 - 14:34
44-cü darmadağınla “siftə”
Premyer Liqanın XVII turunun “Kəpəz”lə oyununda əldə olunan böyük hesablı qələbə “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçer üçün əlamətdar olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, türkiyəli mütəxəssis komandanın “sükanı arxasında” ilk qələbəsini qazanıb. Buna postundakı ikinci qarşılaşmada nail olan Biçer darmadağına səfərdə sevinib – 4:1.

Lənkəran təmsilçisi sonuncu belə qələbəsini bu il avqustun 14-də səfərdə AZAL üzərində qazanmışdı. 124 gün əvvəl yaşanan həmin qələbə 3:0 hesabı ilə qeydə alınmışdı. Elə II turda qeydə alınan son darmadağın da bu dəfəki kimi səfərdə baş tutmuşdu.

İlk qələbəsini böyük hesabla qazanan çalışdırıcı “Xəzər Lənkəran”ın baş məşqçisi kimi böyükhesablı qələbə əldə edən mütəxəssislər siyahısına daxil olub. Bu göstəricidə mütləq rekord Ağasəlim Mircavadova məxsusdur. Onun rəhbərliyi altında 21 böyük hesablı qələbə qazanılıb.

1. Ağasəlim Mircavadov - 21 (çempionatda 16 + kubokda 5)
2. Rasim Kara – 12 (10+2)
3. Mirça Rednik – 4 (3+1)
4. İqor Ponomaryov – 3 (3+0)
5. Nazim Süleymanov – 2 (0+2)
6. Viktor Pasulko – 1 (1+0)
7. Cüneyt Bişer – 1 (1+0)

Ümumilikdə isə “Kəpəz” üzərində qələbə “Xəzər Lənkəran”ın tarixində 44-cü böyükhesablı qələbə olub. Bunların 33-ü ölkə çempionat, 11-i kubokda qeydə alınıb. Premyer Liqada çıxış etdiyi 8 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub.

2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 2
Cəmi - 33

Azərbaycan kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb.

2005/06 – 2
2006/07 – 3
2007/08 – 3
2008/09 – 2
2011/12 – 1
Cəmi - 11