“Neftçi”yə hər 2 oyunda qol vurmaqla kifayətlənməyəcəyəm”
19.12.2011 - 17:38
“İnter”in gürcüstanlı hücumçusu Baçana Sxadadze klubunun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, legioner Premyer Liqanın ötən turunun “Neftçi”, həmçinin “Simurq”la qarşıdakı oyun haqqında fikirlərini açıqlayıb.
- “Neftçi” ilə matç kifayət qədər çətin alındı. Bununla belə, “İnter” vacib qələbə əldə etməyi və növbəti 3 xalı qazanmağı bacardı. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, bu, hazırda keçirdiyimiz ən yaxşı oyunlardan biridir. Qarşılaşma tamaşaçılar üçün də çox maraqlı alındı. Bütün 90 dəqiqə kifayət qədər yaxşı ritmdə və olduqca gərgin mübarizə şəraitində keçdi. Bizim üçün ikiqat xoşdur ki, məğlub durumda olduğumuza baxmayaraq, görüşün gedişini dəyişdirməyi bacardıq və son nəticədə qələbə qazanmağa müyəssər olduq.
- Belə bir fikir var ki, Georgi Lomaya 11 metrlik cərimə zərbəsini dəf etdikdən sonra oyunun gedişi dəyişdi. Bu fikirlə razısınız?
- Bəli, bu fikirlə 100 faiz razıyam. Bu addımıyla Lomaya hamımıza nümunə oldu. Göstərdi ki, ruhdan düşmək tezdir və sonadək oynamaq lazımdır. Yekunda bu da bizə maksimal nəticə əldə etməyimizə kömək etdi.
- Dekabrın 17-də “Neftçi”nin qapısına vurulan qollardan birinin müəllifi oldunuz. Birinci dövrədə də bu komandanın qapısından qələbə topunu keçirməklə fərqlənmişdiniz. Deyə bilərsinizmi, “Neftçi”yə qarşı belə uğurlu oyunun sirri nədədir?
- Mən hər bir rəqibə qarşı eynilə davranmağa çalışaram. Belə alındı ki, “Neftçi” ilə hər iki oyunda qol vurmaq mənə müyəssər oldu. Bunu müxtəlif faktorlarla əlaqələndirmək olar. Demək istəyirəm ki, mən bununla kifayətlənməyə hazırlaşmıram. Mənim üçün istənilən rəqib eynidir və həmin rəqibin turnir cədvəlində birinci və ya axırıncı yerdə olmasının heç bir fərqi yoxdur. Hər qarşılaşma özünə görə vacibdir.
- Bu qələbə “İnter”i “Neftçi”yə yaxınlaşdırdı və indi komandamızı liderdən cəmi 1 xal ayırır. Ümumiyyətlə, “İnter”in qələbəsi intriqanı gücləndirdi və turnir cədvəlində sıxlığı artırdı...
- Bu mövsümdə turnir cədvəli çox sıx və maraqlı görünür. Çempionat çox intriqalı alınır. Bəli, biz “Neftçi”dən cəmi 1 xal geridəyik, ancaq bizdən aşağıda yalnız yüksək yerlərə iddia edən “Xəzər Lənkəran” və “Bakı” kimi komandalar qərarlaşıblar. Bütün bu komandalar qış fasiləsinə ikinci və ya birinci yerdə yollana bilər. Bu vəziyyət bizə rahatlaşmağa imkan vermir. Bir daha təkrar edirəm ki, çempionat çox maraqlı alınır.
- Sabah “İnter” səfərdə Zaqatalada “Simurq”la qarşılaşacaq. Bilirik ki, bu komanda doğma meydançada güzəştə getməməsilə fərqlənir və matçın çox çətin olacağı gözlənir. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?
- Bu oyuna çox yaxşı hazırlaşmaq lazımdır, axı “Simurq” bizə rahatlaşmağa imkan verəcək komanda deyil. Son turda bu komanda AZAL ilə vacib qarşılaşmada məğlub olub. Lakin “Simurq”un ilk “altılığa” düşmək şansı qalır və buna görə də onlar qarşıdakı matçda qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Bir sözlə, bu matça çox ciddi hazırlaşmaq lazımdır. Qarşıdakı oyun “Neftçi” ilə keçirilən matçdan daha ağır ola bilər.

0
0