“Həqiqətin gözünə dik baxmaq lazımdır” - MÜSAHİBƏ
20.12.2011 - 12:00
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkovun apasport.az saytına müsahibəsi
- Komandanızı çətin Lənkəran səfəri gözləyir. Bu barədə hansı fikirdəsiniz?
- Biz sabah (söhbət dünən olub – red.) Lənkərana gedirik. Əlbəttə, bizi qarşıda vacib oyun gözlədiyini dərk edirik.
- Səfər öncəsi nə kimi problemləriniz var? Optimal heyətə maliksinizmi?
- Vəziyyət normaldır. 2-3 gündən bir futbol oynayanda, problemlər də meydana çıxır. Hazırda heyətdə zədəli futbolçular var. 4 futbolçu start heyətində meydana çıxmağa qadir deyil. Belə olan məqamda ehtiyat heyətdən faydalanmaq istəyirik. Daxili imkanlardan istifadə etmək lazımdır. Bu faktdır ki, bir futbolçudan həmişə mütəmadi yararlanmaq olmur. Bəzən zədə, bəzən cəza planlara təsir göstərir. Heyətdə əvəzedicilər var. Adaptasiya gedir, amma bunun üçün daha çox vaxta ehtiyac var.
- Artıq qış fasiləsinə yaxınlaşırıq. Sizin hazırlıq üçün hansı planlarınız var?
- Hara istidirsə, orda getmək lazımdır. Çünki bu toplanışa müsbət təsir göstərən amillərdəndir. Planlarımızda seleksiya məsələsi və heyətin gücləndirilməsi var. Mən təkcə legioner baxımından deyil, həm də yerli futbolçuları nəzərə alıram. Yarım il bundan öncə Şəhriyar Əliyevi komandaya götürdük. Artıq o, iştirakımızla keçirilən oyunlarda mütəmadi meydançaya çıxır. Bildiyim qədər ilə Azərbaycanın gənclərdən ibarət milli komandasında oynayıb.
- İndiki vəziyyətdə hansı futbolçudan narazısınız? Kim ümidlərinizi doğrultmadı?
- Biz daxili söhbətlərdə belə şeylərə adət etməmişik. Hesab edirəm ki, bizə 2-3 nəfər lazım olacaq. Elələrini cəlb etməliyik ki, oyunumuzda rəngarənglik alınsın. Yəni “Bakı”nın sərgilədiyi futbol daha da canlansın. Bu barədə ad çəkmək, daxili söhbətlərin mətbuatda yayılmasını istəmirəm. Fikrim var ki, onlar narazılıqları mənim dilimdən eşitsinlər.
- Mövsümlərarası fasilədə böyük dəyişikliklər oldu. Komandanın heyətində yenidən gənc futbolçular görə bilərikmi?
- Bizə indi bunu dəqiqləşdirmək qalır.
- Qış fasiləsini Türkiyədə keçirəcəyiniz məlumdur. Antalyada toplanışında rəqibləriniz kimlər olacaq?
- Hələlik yoxdur. Bəli, biz Türkiyəyə getmək fikrindəyik. Oynayacağımız komandalar bizə uyğun olmalıdır. Prinsip etibarı ilə bu problem deyil. Rəqib baxımından qıtlığımız olmayacaq. Amma hələlik adlar dəqiqləşməyib. Odur ki, rəqiblər haqqında konkret məlumat vermək olmur.
- Əvəzedici heyətdən əsas komandaya daha kimləri götürmək olar?
- Əlbəttə, mən əvəzedici heyətin oyunlarına baxıram. Həqiqətin gözünə dik baxmaq lazımdır. Düzdür, yaxşı futbolçular var. Amma hazırda orda 5 yaxşı futbolçu tapmaq olmaz. Yəni, bu sayda oyunçu yetişməyib. Yaxşı futbolçunun püxtələşməsi üçün zamana ehtiyac var. Sadəcə, onu deyə bilərəm - yaxşı futbolçu diqqətdən kənarda qalmayacaq.
- “Bakı” ilə yanaşı, Latviya yığmasına da rəhbərlik edirsiniz. Latviyadakı fəaliyyətinizi davam etdirmək məsələsində müəyyən qarışıqlıq var. Rəhbərlik bu işi sizin, siz isə rəhbərliyin üzərinə atırsınız. Bu məsələdə son nöqtəni nə vaxt qoyacaqsınız?
- Bu həftə “Bakı” klubunun prezidenti Hafiz Məmmədovla görüşüm olacaq. Yalnız bundan sonra müqavilə ilə bağlı nəsə deyə bilərəm. Düzdür, mən tez-tez gedirəm. Hesab edirəm ki, enerjim var. Amma burada ortaq rəy vacibdir. Məsələlərin hamısı təkcə məndən asılı deyil.

0
0