14 pillə geri və ya futbol tariximizdə 4-cü nəticə
21.12.2011 - 14:26
Azərbaycan milli komandası 2011-ci ili FİFA reytinqində 112—ci yerdə bitirib. Apasport.az saytının məlumatına görə, yığmamız ötən illə müqayisədə 14 pillə geriləyib.
2011-ci ilə planetin 98-cisi kimi daxil olan Berti Foqtsun yetirmələri il ərzində geriləsə də futbol tariximizdə heç də pis çıxış etməyiblər. Belə ki, 2008-ci ildən sonra 4-cü dəfə ili almaniyalı ilə bitirən millimiz yalnız 1 dəfə - ötən il daha yüksək mövqedə olmuşdu.
Ümumiyyətlə isə FİFA reytinqində 18-ci ilini tamamlayan yığmamız futbol tarixində yalnız 3 dəfə bundan yaxşı nəticəyə imza atıb. İlk 100-lüyə düşdüyümüz 1998, 1999 və 2010-cü illər istisna olmaqla heç vaxt indikindən – 112-ci pillədən yüksəkdə olmamışıq. Bir sözlə 2-ci yüzlükdə ən yaxşı nailiyyətimiz məhz bitməkdə olan 2011-ci ildə gerçəkləşib.

| il | Yer |
|---|---|
| 1994 | 147 |
| 1995 | 141 |
| 1996 | 125 |
| 1997 | 123 |
| 1998 | 99 |
| 1999 | 97 |
| 2000 | 115 |
| 2001 | 113 |
| 2002 | 113 |
| 2003 | 119 |
| 2004 | 113 |
| 2005 | 114 |
| 2006 | 125 |
| 2007 | 115 |
| 2008 | 134 |
| 2009 | 114 |
| 2010 | 98 |
| 2011 | 112 |
0
0