“Mundialın açılışı “Tofiq Bəhramov”da olacaq”
22.12.2011 - 00:05
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılovun apasport.az saytına müsahibəsi
- Stadionda aparılan təmir və yenidənqurma işləri ilə bağlı vəziyyət nə yerdədir?
- İşlər gedir. Allah qoysa, gələn ilin mart ayının əvvəlində tribunaların üstü tam örtüləcək. Sifariş verdiyimiz materiallar gəlir. Mətbuat üçün ayrılmış sektora beton tökülüb. Artıq həmin tərəfin də yüksəldilməsinə başlanılıb. Tikinti işlərini tam olaraq, aprelin sonuna, ən pis halda, may ayının əvvəlinə bitirəcəyik.
- Stadionun azarkeş tutumunda çoxalma olacaqmı?
- Bəli, artım olacaq. Təmir işlərindən sonra stadionun azarkeş tutumu 34 minə yaxınlaşacaq.
- İşlərin aparılması üçün Koreyadan dəvət olunan mütəxəssislər gəliblərmi?
- Onlar hələlik 21 nəfərlik heyətlə gəliblər. Amma onların sayı bununla kifayətlənməyəcək. Daha 100 nəfərin yolunu gözləyirik.
- Arenada aparılan işlərə birbaşa kim nəzarət edir?
- Dövlət bu işlərə nəzarəti Gənclər və İdman Nazirliyinə həvalə edib. Tikinti idarəsinin rəisi var. Bu işlə o, məşğuldur. Amma tam nəzarət əlbəttə ki, nazir Azad Rəhimova məxsusdur.
- Tofiq Bəhramovun heykəlinin yeni yeri hara olacaq?
- Həmin heykəl hazırda bizim ofisin qarşısındadır. Gələcəkdə də elə orada qalacaq. Stadiona girişlər eyni istiqamətdən olacaq. Qapılar, turniketlər isə dəyişdiriləcək.
- Yeni arenada azarkeşlərin özlərini rahat hiss etməsi üçün nə kimi əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub?
- Rahat kreslolar quraşdırılacaq. Bilirsiniz ki, beynəlxalq oyunlarda stadiona çox sayda azarkeş gəlir. Çempionat matçlarında isə azarkeş sayında nəzərəçarpacaq dərəcədə, hətta ondan da çox azalma müşahidə olunur. Elə şərait yaratmaq istəyirik ki, insanlar su və digər ehtiyaclarını ödəmək üçün əl-ayağa düşməsinlər. Əgər bilsək ki, çempionat oyunlarına da ajiotaj böyük olacaq, onda bu işlə daha yaxından məşğul olarıq. Amma özünüz də bilirsiniz ki, elə oyunlar var ki, onu cəmi 200-300 azarkeş izləyir. Bu, say heç mərkəzi arenanın adına da yaraşmır.
- Stadionun təmirə bağlanmasının əsas səbəblərindən biri də 17 yaşlı qızlardan ibarət milli komandalar arasında 2012-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatıdır. Mərkəzi arenanın bu çempionat üçün fəaliyyəti nədən ibarət olacaq?
- Artıq bu barədə danışıqlarımız olub, qərarlar verilib. Qərar qəbul olunub ki, qadınlar arasında keçiriləcək dünya çempionatının açılış mərasimi məhz Tofiq Bəhramov adına Respublika stadionunda olsun. Bu barədə bizə tapşırıq verilib. Amma stadionun konkret neçə oyuna ev sahibliyi edəcəyi ilə bağlı nəsə deyə bilmərəm.
- Təmirdən sonra stadion təkcə yığmalara, yoxsa həm də klublara xidmət edəcək?
- Bu gün hələlik bu barədə tam qərar qəbul olunmayıb. Çünki təmir işləri davam edir. Düzünü desəm, bu barədə heç klub rəhbərləri ilə də görüşməmişəm. Bəlkə, heç rəhbərlər komandalarının mərkəzi arenada oynamasını istəmirlər. Bilirsiniz ki, bu gün Azərbaycanda klubların imkanları yaxşıdır. Artıq “Bakı” klubu bazasındakı meydançanın vəziyyətini yaxşılaşdırır. “Neftçi” isə ev oyunlarını keçirdiyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təmir işləri başlanıb. Hər klubun özünə görə, şəraiti var. Düzdür, klub rəhbərləri ilə danışmışam. Amma əməkdaşlıq deyil, futbol haqqında fikir mübadiləsi aparmışıq. Hansı qərarı qəbul etsələr, hörmətlə yanaşacağıq.
- Dövlət tərəfindən ayrılan vəsait stadionun tam ehtiyaclarını ödəyəcəkmi?
- Düzünü desəm, mən maliyyə işlərinə qarışmıram. Mənə elə gəlir ki, dövlət başladığı işi sona çatdıracaq. Mənə isə işin keyfiyyəti lazımdır, sadəcə, bununla maraqlanıram.

0
0