22 günlük Antalya toplanışı
                    
                    22.12.2011 - 13:25
                        
                        “İnter” Premyer Liqada yaranan qış fasiləsində Türkiyəyə yollanacaq. Apasport.az saytının məlumatına görə, “bankirlər”in Antalyadakı təlim-məşq toplanışı 22 gün çəkəcək. 
Fasiləyə 2-ci pillədə yollanan komanda 22 gün bir məkanda hazırlıq keçəcək. Bu, yanvarın 14-dən fevralın 5-dək olacaq. Komanda yanvarın 8-də Bakıda bir araya gəlib, ertəsi hazırlığa başlayacaq. Yanvarın 14-də isə Türkiyəyə səfər nəzərdə tutulub. Bir neçə yoxlama oyunu keçirəcək bakılılar rəqiblərinin adını dəqiqləşəndən sonra açıqlayacaq.
Qeyd edək ki, “İnter” qış fasiləsindən sonra ilk oyununu gələn ilin fevralın 11-də evdə “Rəvan”a keçirəcək.

                                0
                                
                                0