“Neftçi” Mpenzanı yola salır
22.12.2011 - 17:44
Belçika milli komandasının sabiq futbolçusu Emil Mpenza Azərbaycanı tərk edir. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu il yarımdır şərəfini qoruduğu “Neftçi”dən ayrılır.
Klub rəhbərliyi Böyükağa Hacıyevin baş məşqçi postuna keçidindən sonra əsas heyətdə daha az-az görünən belçikalı ilə yollarını ayırmağa qərar verib. Mpenza ilə görüşdə ona özünə yeni komanda tapmaq tövsiyə olunub. Emil buna nail olmasa, müqaviləsinin son 6 ayını da ölkəmizdə qalacaq.
Qeyd edək ki, Mpenza Premyer Liqada 31 oyuna 6 qol vurub.

0
0