Demyanenkonun 200 dollar cərimə ödətdirdiyi futbolçu
22.12.2011 - 19:13
Demyanenkonun 200 dollar cərimə ödətdirdiyi futbolçu
Bakının “İnter” klubunun belaruslu sabiq futbolçusu Valentin Belkeviç başa çatan karyerası ilə bağlı maraqlı məqamı açıqlayıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı yarımmüdafiəçiyə karyerasının çox hissəsini keçirdiyi Kiyev “Dinamo”sunda Anatoli Demyanenkonun baş məşqçiliyi dövründə nəzəri məşğələyə 1 dəqiqə gecikdiyinə görə 200 dollar ödədiyi ilə bağlı sual ünvanlanıb. Belkeviç bunu inkar etməyib: “Əgər qəzetlər belə yazıbsa, deməli, doğrudur”.

Valentin 2008/09 mövsümünün ilk dövrəsində “İnter”də oynayıb. Qışda müqaviləsini pozaraq, ölkəmizdən gedən Belkeviç 36 yaşında karyerasını bitirib. Ona Demyanenko ilə ölkəmizdə görüşmək nəsib olsa, rəqib olmayıblar. Belə ki, ukraynalı mütəxəssis 2008/09 mövsümünün ilk 4 turundan sonra “Neftçi” ilə yollarını ayırdı və Belkeviçin komandası ilə meydanda üzləşmədi.