“Hər bir mövqeyə futbolçu istərdim”
23.12.2011 - 00:07
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- Rəhbərliklə görüşünüz oldu. Hansı məsələləri müzakirə etdiniz?
- Baş direktor Əmrah Çəlikəllə görüşdük. Müzakirəyə xırda məsələləri çıxarmışdıq. Əsasən komandanın qış hazırlıq planı barədə fikir mübadiləsi apardıq. Hansısa qlobal məsələ barədə danışmadıq. Adi görüşlərdən biri idi.
- Artıq çempionatda qış fasiləsi yaranıb. Komandadan göndəriləcək və ya gətiriləcək futbolçuları müəyyənləşdirə bilmisiniz?
- Yox. Amma yaxın günlərdə bu məsələ ətrafında da söhbətləşəcəyik.
- Rəhbərlikdən konkret nə istəyəcəksiniz?
- Düzü, göndərmək istədiyim futbolçu hələlik yoxdur.
- Bizdə olan məlumata görə, sizə 10-dək legioner təklif olunub. Bu, nə dərəcədə düzgün informasiyadır?
- (düşünür). Təkliflər barədə hələ danışmaq istəmirəm. Amma maraqlandığım oyunçular var.
- Hansı mövqeyi gücləndirmək daha vacibdir?
- Əslində, hər bir mövqe üçün futbolçu istərdim. Oyunçu sayını çoxaltmağa hər zaman ehtiyac var. Daha geniş danışmaq üçün rəhbərliklə görüşməyim lazımdır. Amma digər tərəfdən istəməzdim ki, heyətdə yerli futbolçuların sayı azalsın.
- Qış fasiləsində yerli futbolçu tapmaq çətindir. Yəni, əksəriyyətinin öz klubları ilə müqavilələri var. Bunu nəzərə alsaq, komandaya gələnlərin legionerlər olacağını deyə bilərikmi?
- Bəli. Ola bilər ki, legioner cəlb edək. Çünki qış fasiləsindəyik. Dediyiniz kimi, hər bir futbolçunun qüvvədə olan müqaviləsi var. Odur ki, gələn mövsüm üçün yerli futbolçuların sayını artırmağa çalışacağıq.
- Hazırda heyətdə müqaviləsi başa çatan futbolçu varmı?
- Yox. Ən azından yaya qədər müqavilələri var.
- İlin son oyununun fonunda 2011-i qısaca olaraq, dəyərləndirək. 2011-ci il həm şəxsi, həm də komanda planında sizin üçün nə ilə yadda qaldı?
- İl mənim üçün pis yadda qalmadı. Niyə? Çünki ötən il qarşımıza qoyduğumuz məqsədə çatıb, avrokuboklarda iştirak etdik. “Brügge”ni evdə minimal hesabla üstələməyimizə baxmayaraq, dayandıq. Çempionatda sıxıntılarımız oldu ki, bunu da normal qarşılamaq lazımdır. Yorğunluq və zədəli oyunçular işimizi ləngitdi. Baxmayaraq ki, üst pillələrdə qərarlaşan komandalarla xal fərqi çoxdur, amma biz ilk “altılıq”dayıq. Vaxtımız var. 15-20 gün normal istirahət etdikdən sonra gələcək üçün hazırlığa başlayacağıq. Daha üst pillələrdə olmaq üçün mübarizə aparacağıq.
- Elə bir futbolçu adı çəkə bilərsinizmi ki, “Qarabağ” 2011-ci ildə onu Azərbaycan futboluna qazandırıb?
- Bu gün cavanların çoxu əsas heyətdə oynayırlar. Əvvəllər yetişən Rauf Əliyev, Əfran İsmayılov, Maksim Medvedev öz yerlərini möhkəmlədirlər. Bu gün üçün isə Qara Qarayevin adını çəkmək olar. Çox oyunlarımızda əsas heyətdə meydançaya çıxan futbolçu gələcək üçün perspektiv vəd edənlərdəndir. Çalışacağıq ki, onlar üçün ən yaxşısını edək. Ən qısa zamanda lap yaxşı formada olmaları üçün əlimizdən gələni edəcəyik.
- Bəs ümidlərinizi puç edən futbolçu oldumu?
- Bəli. Narazı qaldığım futbolçular var. Deyərdim ki, sabit oyun nümayiş etdirməyənlər oldu. Artıq bu barədə özləri ilə danışmışam. Fakt odur ki, narazı qaldığım 1 nəfər deyil.
- Böyük ümidlərlə komandaya transfer olunan Leanardo Roşa barədə nə deyə bilərsiniz? Ondan istədiyinizi ala bildinizmi?
- Roşanın həqiqətən də böyük potensialı var. Amma ondan bu gün üçün maksimum istifadə edə bilməmişəm. Bunun səbəbləri var. İlk növbədə komandaya çox gec qoşuldu. Həm də, düşündüyümüz oyun üslubuna tam cavab vermədi. Amma zaman keçdikcə, komandaya uyğunlaşırdı. İşini tam yüksək səviyyədə də qiymətləndirə bilmərəm. Normal oynadı. Hesab edirəm ki, tam potensialını açmağı bacarmadı.
- “Qarabağ” üçün çempionluğu həyata keçirmək mümkün olacaqmı?
- Çətindir. Çünki biz lider komandalardan 6-8 xal geridəyik. Bilirsiniz ki, yolda tək biz deyilik. Başqa komandalar da bunu istəyir. Amma əlbəttə ki, çətin olsa belə, mübarizə aparacağıq. Çempionluq sonda məlum olur. Odur ki, axıra qədər oynamaq lazımdır.

0
0