AFFA-dan “Simurq”a 11 min manatlıq cərimə
23.12.2011 - 14:39
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqada ilin son turunda baş verən xoşagəlməz olaylar əsas müzakirə obyekti olub.
XVIII turun “Simurq” – “İnter” matçının 54-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu isə 2000 manat cərimələnib.
Oyunun 69-cu dəqiqəsində “Simurq”un baş məşqçisi Sergey Yuran “texniki zona” qaydalarını pozduğuna görə meydandan kənarlaşdırdığı üçün 1 oyunluq cəzaya, 1000 manatlıq cəriməyə məruz qalıb. Həmin dəqiqədə “Simurq” azarkeşləri tərəfindən meydançaya atılmış kənar əşyalardan biri matçın baş hakim Elvin Əsgərovun başına zədə yetirmiş və nəticədə ona təcili tibbi yardım göstərilmişdir.
“Simurq” azarkeşləri tərəfindən dəfələrlə meydançaya kənar əşyalar atıldığı üçün kluba aşağıdakı cərimə və cəzalar tətbiq olunur:
“Simurq” növbəti iki ev oyununu azarkeşsiz keçirsin və kluba 8000 manat cərimə verilsin. Oxşar hadisənin baş verəcəyi təqdirdə Zaqatala klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Göründüyü kimi, “Simurq” 1 oyuna ümumilikdə 11000 manat ziyana düşüb. Bundan əlavə, Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında lazımı ölçü götürüb, İntizam Komitəsinə yazılı məlumat verməlidir.
“Sumqayıt Şəhər” – “Turan” matçının 68-ci dəqiqəsində qonaqların futbolçusu Məhərrəm Müslümzadə kobud oyuna görə 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığından, haqqında 1 oyunluq cəza və 200 manat cərimə qərarı çıxarılıb.
“Rəvan” – AZAL matçında meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimələnib. “Qəbələ” – “Qarabağ” oyununda 89-cu dəqiqəsində birincilərin məşqçisi Vüqar Məmmədov “texniki zona” qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığından, 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimələnib.
“Neftçi” – “Kəpəz” görüşündə qırmızı vərəqə alan futbolçuların cəzası eyni olub. Belə ki, matçın 55-ci dəqiqəsində “Neftçi”nin müdafiəçisi İqor Mitrevski idmançıya yaraşmayan hərəkətə, bundan 11 dəqiqə sonra “Kəpəz”in kamerunlu futbolçusu Armand Feutçine kobud oyuna görə 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Onların hər ikisi 1 oyunluq cəza və 200 manat cərimə alıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” oyununda lənkəranlı azarkeşlərin tribunadan atdığı daş qonaqların baş məşqçisi Kaxaber Sxadadzenin başını yardığından, yerli komanda 2 oyunu azarkeşlərsiz keçirməli oldu.

0
0