“Acibadem” “Qəbələ”nin yeni tərəfdaşı oldu
23.12.2011 - 15:21
“Acibadem” “Qəbələ”nin yeni tərəfdaşı oldu
“Qəbələ” ölkəmizdə futbola gətirdiyi bir çox yeniliklə yanaşı, qurduğu tərəfdaşlıqlarla da diqqət mərkəzindədir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün bu tərəfdaşlara daha bir yenisi əlavə olunub.

Belə ki, “Qəbələ” ilə Türkiyənin aparıcı tibb mərkəzlərindən biri olan “Acıbadem Hospitals Group” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Acıbadem” komandanın 2011/2012 mövsümünün sonuna qədər tibbi xidmətlər üzrə rəsmi sponsoru olacaq. Tərəflər arasında müqavilənin gələn mövsüm də davam etməsi gözlənilir.

Qeyd edək ki, “Acıbadem” 1991-ci ildən Türkiyə ilə yanaşı, beynəlxalq arenada da yüksək standartlara uyğun tibbi xidmətlər verməkdədir. Bu müddət ərzində xəstəxana və tibb mərkəzlərindən ibarət səhiyyə şəbəkəsini böyüdən “Acıbadem” bu gün 16 tam təchizatlı xəstəxana və 8 polikilinika ilə xidmət göstərir. Bu xəstəxana və mərkəzlərin 11-i JSCI tərəfindən 2005-ci ildən etibarən akkreditasiya edilib. Türkiyənin aparıcı özəl tibb xidməti qurumlarından olan “Acıbadem”in personal sayısı 13 minə çatıb.
0