Qırmızısevərlər
23.12.2011 - 16:45
Premyer Liqanın ən intizamsız futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının arxada qalan 18 turunda 4 futbolçu müxtəlif “nominasiya”larda igidlik göstərib.
Premyer Liqanın əsas qəhrəmanı “Simurq”un futbolçusu İlkin Qırtımovdur. O, cari mövsüm meydandan 2 dəfə qovulan yeganə futbolçudur. Özü də hər 2 halda, ona birbaşa qırmızı vərəqə verilib.
VI turun “Kəpəz”lə ev oyununda azarkeşləri söyən İlkin XVIII turda “İnter”in futbolçusunu dirsəyi ilə vurub. O, həmin dirsəklə ilkə imza atıb. Qırtımovun ilki mövsümdə meydandan 2 dəfə qovulan ilk futbolçu olmasından ibarətdir.
Oyunların birində 2 sarı vərəqə alıb, meydandan qovulanlar arasında isə Elnur Allahverdiyev liderdir. “Xəzər Lənkəran”ın müdafiəçisi 1 qarşılaşmada sarıları qızartmaqla yanaşı, daha 5 görüşdə xəbərdarlıq alıb.
Birbaşa qırmızı vərəqə alanlar arasında isə Tagim Novruzov qeyd olunmalıdır. “Rəvan”ın milliləşən rusiyalısı ən intizamsız legionerdir. O, 1 matçdakı birbaşa qırmızı vərəqədən başqa, daha 6 dəfə sarı vərəqə ilə “mükafatlandırılıb.
Qırmızı vərəqə almayan intizamsızların siyahısına isə Novruz Məmmədov başçılıq edir. “Bakı”nın arxa xətt oyunçusu cəmi 14 görüşdə oynasa da, bunun yarıdan çoxunda – 8 dəfə xəbərdarlıq görüb.
Premyer Liqanın intizamsızları
2 qırmızı, 2 sarı – İlkin Qırtımov (Simurq)
1 cüt sarı/qırmızı, 5 sarı – Elnur Allahverdiyev (Xəzər Lənkəran)
1 qırmızı, 6 sarı – Tagim Novruzov (Rəvan)
8 sarı – Novruz Məmmədov (Bakı)

0
0