“Sumqayıt Şəhər”: biri getdi, biri gəlir
23.12.2011 - 17:13
Premyer Liqanın debütantı “Sumqayıt Şəhər” bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Bernard Raab zədəli Rəşad Kərimovun xidmətinə ehtiyac duymayıb.
Bu səbəbdən rəhbərlik onunla müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Vaxtilə “Qarabağ” və “Xəzər Lənkəran”ın formasını geyinən Kərimov artıq azad agentdir. Əvəzində debütant gözlənildiyi kimi, Uğur Pamuku heyətinə qatacaq. Almaniyada çıxış edən oyunçu ilə ilkin razılıq əldə edilib. Anlaşmanın müddəti ilyarımlıqdır.
“Sumqayıt Şəhər”n qış fasiləsi ilə bağlı planları açıqlanıb. Yanvarın 5-dən 15-dək Bakıda hazırlıq keçəcək komanda ertəsi gün Türkiyəyə yollanacaq. Yanvarın sonuna qədər qardaş ölkədə təlim-məşq toplanışı keçirəcək debütant 4-5 yoldaşlıq matçında gücünü sınayacaq. Plana görə, baxışa dəvət ediləcək futbolçuların hamısı Bakıda yoxlanılacaq. Heyətə 4 futbolçunun götürülməsi nəzərdə tutulub.

0
0