“Turan” “Spartak”la oynayacaq
23.12.2011 - 21:37
“Turan” “Spartak”la oynayacaq
“Sumqayıt Şəhər”lə oyundan sonra istirahətə buraxılan “Turan” bazar günü yenidən bir araya gələcək. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisi dekabrın 27-də Sxinvalinin “Spartak” komandası ilə yoxlama görüşü keçirəcək.

Seleksiya xarakterli yoldaşlıq görüşündə baş məşqçi Əsgər Abdullayev “Spartak”ın heyətində bəyəndiyi futbolçuları “Turan”a dəvət edəcək. Bundan sonra futbolçular istirahətə, baş məşqçi Əsgər Abdullayev isə Bakıda klubun prezidenti Musa Süleymanovla görüşə yollanacaq.

Komandanın hazırlıq planı, transferlər, eləcə də baş məşqçinin fəaliyyətini davam etdirib-etdirməyəcəyi həmin görüş zamanı aydınlaşacaq.