UEFA kubokunun qalibi Arda Turanın yeni baş məşqçisi təyin olundu
24.12.2011 - 10:33
Türkiyə milli komandasının futbolçusu Arda Turanın oynadığı Madrid “Atletiko”suna yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur argentinalı futbolçusu Dieqo Simeone İspaniya təmsilçisinə rəhbərlik edib. Argentina yığmasının 41 yaşlı sabiq kapitanı ilə 1,5 illik müqavilə imzalanıb. Simeone yeni işinə gələn həftənin bazar ertəsi başlayacaq. O, bu postda uğursuz çıxışa görə istefaya göndərilən təcrübəli həmkarı Qreqori Mansano əvəzləyib.
Əslində Dieqo üçün “Atletiko” yad komanda deyil. Belə ki, keçmiş yarımmüdafiəçi 2 müxtəlif vaxtda (1994-97, 2003-05, 134 oyun, 13 qol) Madrid klubunda oynayıb. 2006-cı ildən məşqçiliyə başlayan Simeone əsasən vətənində çalışıb, Argentinanın ən titullu klublarından olan “River Plyet”in baş məşqçisi olub.
Maraqlıdır ki, “Atletiko” 2011-ci ildə onun 3-cü çalışdıracağı klub olub. Argentinalı yanvarın 19-da İtaliyada “Kataniya”, iyunun 17-də vətənində “Rasinq” klubunun baş məşqçisi təyin olunmuş və hər 2 halda 6 aydan sonra istefa verib.
Qeyd edək ki, futbolçu kimi ən böyük uğuru UEFA kuboku (“İnter”, 1998) və UEFA Superkubokunu (“Latsio”, 1999) qazanmaq olan Simeone məşqçi kimi 2 dəfə Argentina çempionluğunu qazanıb.

0
0