Dünya çempionatında əlillərə pulsuz biletlər
24.12.2011 - 14:22
Dünya çempionatında əlillərə pulsuz biletlər
2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının final mərhələsinin oyunlarında əlillərə pulsuz biletlər veriləcək. Apasport.az saytının məlumatına görə, Braziliya Futbol Konfederasiyası 32 min belə havayı biletin xərcini öz üzərinə götürüb. Bu aksiya məşhur braziliyalı futbolçu Romarionun təşəbbüsü sayəsində mümkün olub. O, hazırda Rio-de-Janeyro ştatından deputat kimi federal parlamentin üzvüdür.

Qeyd edək ki, Azərbaycan milli komandası həmin dünya çempionatının seçmə mərhələsində mübarizəyə gələn ilin sentyabrında başlayacaq.