Premyer Liqada biabırçılıq: Flaqmana açıq-aşkar kömək
25.12.2011 - 18:11
Qazaxıstan futbolunun flaqmanı sayılan “Kayrat” federasiyanın köməyi ilə Premyer Liqada saxlanılıb. Apasport.az saytının məlumatına görə, mövsümü 12 komanda arasında 11-ci yerdə tamamlayan və aşağı dəstəyə yuvarlanmalı olan Almatı təmsilçisi üçün bir araya gələn İcraiyyə Komitəsi “Kayrat”ı xilas etmək yolunu tapıb. Flaqman üçün çempionatın iştirakçılarının sayı 12-dən 14-ə artırılıb. Bu yolla “Kayrat” elitada saxlanılıb.
0
0