Qalmaqallı futbolçu rəfiqəsini güllələdi
26.12.2011 - 13:07
Qalmaqallı futbolçu rəfiqəsini güllələdi
Hazırda Braziliyanın “Korintians” futbol klubunda çıxış edən Adriano yeni qalmaqalla gündəmə gəlib. Lent.az-ın məlumatına görə, ötənlərin məşhur futbolçusu rəfiqələrindən birini güllələyib.

Hadisə Rio-de-Janeyroda Yeni İl münasibətilə təşkil olunmuş gecədə baş verib. Səhər saat 6-dək rəqs edən 29 yaşlı forvard öz cangüdəninin böyük kalibrli tapançası ilə oynamaq qərarına gəlib. O, avtomobilinin arxa oturacağından atəş açmaq istəyindən özünü saxlaya bilməyib. Nəticədə futbolçunun 20 yaşlı Adriana adlı rəfiqəsi əlindən yaralanıb və təcili xəstəxanaya aparılıb. Həkimlər gülləni çıxarmaq üçün əməliyyata əl atmalı olublar.

Lakin futbolçunun özü rəfiqəsinin ifadələrinə rəğmən, əlində tapança tutmasını təkzib edib. Onun mövqeyini digər rəfiqələri də təsdiqləyiblər. Deyiblər ki, arxa oturacaqda olan qızın özü tətiyi çəkib. Həmin an Adriano irəlidəki sərnişin oturacağında olub. Lakin “sambaçı” futbolçunun hansısa formada cəzalanacağı şübhə doğurmur.