Almaniyalı baş məşqçi üçün mükafat
27.12.2011 - 09:35
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv ölkəsində “İlin adamı” seçilib. Apasport.az saytının məlumatına görə, DÇ-2010 və Avro-2012-nin seçmə mərhələlərində Azərbaycan yığması ilə eyni qrupda yer alan Bundestimin çalışdırıcısı “Kikker”in sorğusunun qalibi olub. Bu il 50 illik yubileyini qeyd etmiş Löv Almaniyanın ən yaxşı futbol adamı adına layiq görülüb.
Qeyd edək ki, ötən il bu mükafatı Almaniya yığmasının futbolçusu Bastian Şvaynştayger qazanmışdı.
Qeyd edək ki, ötən il bu mükafatı Almaniya yığmasının futbolçusu Bastian Şvaynştayger qazanmışdı.
0
0