“Anji” yeni baş məşqçisi ilə 5 illik müqavilə imzaladı
27.12.2011 - 09:48
Rusiyanın “Anji” klubunun yeni baş məşqçisinin adına nəhayət, tam aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin “sükanı arxası”na Avropa səviyyəli tanınmış mütəxəssislərdən birini gətirəcəyi haqda çox deyilsə də, sonda yerli mütəxəssisə üstünlük verib. Bu, Yuri Krasnojan olub. Klubun Direktorlar Şurasında 48 yaşlı rusiyalı mütəxəssisi bu posta təyin edilməyi ilə bağlı qərar çıxarılıb.
Mahaçqala təmsilçisinin 5 illik müqavilə imzaladığı Krasnojan Nalçik “Spartak”ında uzun illər çalışdırmağı (1993-2010) ilə tanınır. O, bu ilin yanvarında Moskva “Lokomotiv”inin baş məşqçisi təyin edilsə də, iyulda istefaya göndərildi. Bundan sonra Rusiyanın ikinci yığmasına rəhbərlik edən Krasnojan “Anji”nin rəhbərliyinin razılığına əsasən 2 yerdə çalışacaq.
Qeyd edək ki, “Anji”nin məşqçilərindən biri bu ilin yanvarından orada işləyən milli komandamızın çalışdırıcısı Vaqif Sadıqovdur.

0
0