“Medal və lisenziyaların sayının az olması bizi qane etmədi”
27.12.2011 - 14:31
Bu gün Azərbaycan Güləş Federasiyası 2011-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə federasiyanın vitse-prezidenti Elçin Cəfərov və baş katibi Əjdər Cəfərov iştirak ediblər.
Vitse-prezident bildirib ki, tarixin yaddaşına qovuşacaq 2011-ci il Azərbaycan güləşçiləri üçün uğurlu olub: “Bu il yığmalarımız üçün uğurla başa çatıb. Xüsusilə də, həm gənclər, həm də yeniyetmələrdən ibarət komandalarımızdan çox razı qaldıq. Yunan-Roma üzrə millimiz Azərbaycan tarixində ilk dəfə dünya çempionu olmaqla yeni tarix yazdı. Böyüklərdən ibarət yığmalarımız da yaxşı çıxış etdilər. Lakin son dünya çempionatında medalların və lisenziyalarının sayının az olması bizi qane etmədi”.
Elçin Cəfərov güləşçilərimizi Olimpiya - 2012-ci ildə gözləyən yarışlarla bağlı məlumat da verib: “Yanvar ayından təlim-məşq toplanışına start verəcəyik. Yeni ildə əsas hədəflərimiz Avropa çempionatı və lisenziya turnirlərində inamlı çıxış etməkdir. Bunun üçün bu yarışlara hazırlıqlar da uğurla gedir. Çalışacağıq ki, lisenziya qazanmadığımız çəkilərdə bu dəfə bunu bacaraq”.
O bildirib ki, 2012-ci ilin ilk 4 ayında 3 lisenziya turniri olacaq və bu yarışlarda yığmalarımız fərqli idmançılarla mübarizə aparacaq: “Bu turnirlər arasında vaxt çox qısadır. Bəzilərində 7, bəzilərində 10 gündür. Bunun üçün baş məşqçilərimiz də bu yarışların hər birinə fərqli heyət hazırlayır. Yəni bir turnirdə lisenziya qazana bilməyən güləşçi digərinə aparılmayacaq. İdmançı özü də ardıcıl 2 yarışa “çatdıra” bilməz. Çünki çəkisalma və yorğunluq növbəti turnirdə problem yaradır”.
E.Cəfərov yenicə başa çatan Azərbaycan çempionatının gedişatını da yüksək qiymətləndirib. Qurum rəsmisi bildirib ki, yarış çox gərgin keçib: “Bildiyiniz kimi, bəzi idmançılarımız icazəli olduqları üçün yarışa qatılmamışdısa, bəziləri də fərqli çəkilərdə qüvvələrini sınayırdılar. Bunlarda da ümidləri doğruldanlarla, doğrultmayanlar da oldular. Lakin bunu sürpriz kimi qiymətləndirmirəm. Kim necə hazırlaşıbsa, elə də nəticə göstərdi”.
Baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov isə əvvəlcə ədalət təmsilçilərimizin Olimpiadada iştirakı barədə danışıb. O deyib ki, Azərbaycan 2 referisinin London-2012-yə getməsi gözlənilir: “Böyük Britaniyanın paytaxtında mənimlə bərabər Hicran Şərifovunun yollanmaq şansı yüksəkdir. Artıq biz sınaq yarışlarında da iştirak etmişik. Böyük ehtimalla hər ikimiz Olimpiadaya hakim kimi yollanacağıq. Bu təyinat isə gələn il baş tutacaq Avropa çempionatından sonra öz təsdiqini tapacaq. Yəni yarışdan sonra Beynəlxalq Güləş Federasiyası (FİLA) adları açıqlayacaq. İdmançılarımız kimi biz də Azərbaycanı layiqincə təmsil edəcəyik”.
Ə.Cəfərov da arxada qalan ili yaxşı adlandırıb: “Bu il bizim üçün yaxşı oldu. Xüsusilə yeniyetmə güləşçilərimiz əla nəticələr göstərdilər. Bu bünövrənin möhkəm olduğunu göstərir. Növbəti ildə uğurlarımızı artırmağı planlaşdırırıq. Bizi qarşıda Bolqarıstan, Çin və Finlandiyada 3 lisenziya turniri gözləyir. Bu məqsədlə indidən güləşçilərimizin viza və digər problemlərini həll etmişik ki, həmin vaxt hansısa çətinlik olmasın”.
O deyib ki, son Azərbaycan çempionatında da hakimlik və musiqi London-2012-nin protokoluna uyğun olub. Bunun üçün hər bir idmançımızın artıq bu möhtəşəm yarışa hazır olması üçün digər vacib tədbirlər də görülür.
Baş katibin sözlərinə görə, 2012-ci ildə Olimpiada kimi möhtəşəm oyunların olmasına baxmayaraq, Azərbaycan da hər il olduğu kimi bir sıra mötəbər yarışlara ev sahibliyi edəcək: “Düzdür, gələn il Olimpiya ilidir. Lakin 2012-ci ildə ölkəmizdə də 5 beynəlxalq yarış keçiriləcək. Bunlar FİLA-nın da təqviminə salınıb. Turnirlərlə bağlı təşkilatı işlərə də start vermişik”.
Qeyd edək ki, Azərbaycan milli komandalarının güləşçiləri 2011-ci ildə rəsmi beynəlxalq yarışlarda ümumilikdə 67 - 22 qızıl, 12 gümüş və 33 bürünc medala və 7 lisenziyaya sahib olublar.
Bunların 27-si yeniyetmələrin payına düşüb. Onlar Avropa birinciliyində 18 (7 qızıl, 4 gümüş, 7 bürünc), dünya çempionatında 6 (2 qızıl, 4 bürünc) medal qazanmaqla gələcəyin etibarlı əllərdə olduğunu göstəriblər.
Gənc güləşçilərimiz qitə birinciliyində 12 (3 qızıl, 5 gümüş, 4 bürünc), dünya çempionatında 6 (2 qızıl, 4 bürünc) medala yiyələnməklə, ötən ilki uğuru davam etdiriblər.
Böyüklərdən ibarət milli komandalarımız isə sahib olduqları 22 medalın 14-nü (6 qızıl, 8 bürünc) Avropa, 8-ni (2 qızıl, 1 gümüş, 5 bürünc) isə dünya çempionatında layiq görülüblər. Onlar eyni zamanda, London-2012-yə 7 lisenziya da qazanıblar.
Bundan başqa, millilərimiz artıq ənənəyə çevrilən mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri beynəlxalq turnirlərdə 197 (72 qızıl, 46 gümüş, 79 bürünc) medala yiyələniblər. Həmçinin, sərbəst güləş üzrə yığmamız Dünya kubokunda III, gənclərdən ibarət komandamız isə analoji yarışda II olublar.
Beləliklə, güləşçilərimiz çıxış etdikləri bütün yarışları nəzərə almaqla ümumilikdə 264 medal qazanıblar.

0
0