“Renn”ə lazım olmayan Araz Abdullayev nəhayət ki, özünə klub tapdı
27.12.2011 - 17:53
“Renn”ə lazım olmayan Araz Abdullayev nəhayət ki, özünə klub tapdı
“Neftçi”nin yetirməsi Araz Abdullayev icarə əsasında Yunanıstanın “Panionios” klubunda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, futbolçunun məxsus olduğu “Everton” və “Neftçi” klublarının razılığına əsasən, Yunanıstanın “Panionios” klubu arasında rəsmi icarə müqaviləsi imzalanıb.

Bu gün imzalanan müqaviləyə əsasən, 19 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək “Panionios”un heyətində çıxış edəcək.

Qeyd edək ki, Abdullayev bu mövsüm “Neftçi”nin heyətində 8 oyun keçirib, 3 qol vurub. Bir müddət əvvəl o, Fransa “Renn”inin maraq dairəsinə düşsə də, bu komandaya lazım olmamışdı.