Milli komandamıza qədər daha bir oyun, bizlərə tanış məşqçi
28.12.2011 - 11:48
“Qrupumuzun favoritləri Portuqaliya və Rusiya yığmalarıdır. Ancaq biz onlarla səviyyə fərqini minimuma endirmək üçün hər şey edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İsrail yığmasının yeni baş məşqçisi Eli Qutman deyib.
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan israillilər Təl-Əviv “Hapoel”ini çalışdıran yerli mütəxəssislə 2 illik müqavilə imzalamaqla, təyinatını təsdiqləyib.
Sentyabrın 7-də qonağımız olacaq Qutman seçmə mərhələdə kollektiv oyuna üstünlük verəcəklərini bildirib: “Biz müasir futbol nümayiş etdirmək niyyətindəyik. Yığmamız bir futbolçunun komandası olmayacaq”.
Qutman millimizlə matçadək daha bir yoxlama oyunu keçirəcəklərini bildirib. Belə ki, mayda İrlandiya yığması ilə yoldaşlıq görüşü keçirmək nəzərdə tutulub. İsrail yığması ili fevralın 29-da Ukrayna millisi ilə ev oyunu ilə başlayacaq. İyunda Almaniya, avqustda Macarıstan yığmaları ilə rəqib meydanındakı sınaq matçları millimizlə səfər oyununa daha yaxşı hazırlığa hesablanıb.
Qutmana rusiyalı mütəxəssis Aleksandr Uvarov kömək edəcək. Ötənlərin məşhur qapıçısı uzun illərdir İsraildə yaşayır. SSRİ dövründə Moskva “Dinamo”sunda “Neftçi”yə qarşı dəfələrlə oynamış Uvarov İsraildə futbolçu karyerasını bitirdikdən sonra orada məşqçi işləyir. O, millidə qapıçılarla işləyən məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək.

0
0