Hamı Azərbaycan hakimlərini söyür
28.12.2011 - 13:55
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, 2011-ci ilin son yığıncağında aşağı yaş qrupları üzrə liqalarda baş verənlər müzakirə olunub.
Baxılan məsələlərdən məlum olub ki, hakimlik problemi təkcə peşəkar liqalarda deyil, uşaq və yeniyetmə futbolunda da mövcuddur.
Belə ki, hakimləri təhqir etmək artıq ənənə halını alıb. Komitənin baxdığı məsələlərin elə 3-ü ədalət təmsilçilərinin söyülməsi ilə bağlı olub.
U-16 Liqasında çıxış edən “Sumqayıt Şəhər”in futbolçusu Fərid Kərimzadə və “Kapital Bank U-15 Liqa”da mübarizə aparan “Kəpəz”in üzvü İlham İbrahimov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər ikisi 4 oyunluq cəzalanıb. “Kapital Bank U-15 Liqa”da yarışan ROİL-in baş məşqçisi Emin Salmanovun eyni hərəkəti isə daha ağır – 5 oyunluq cəza ilə nəticələnib.

0
0