Berti Foqts: Azərbaycan yığması karyeramda son dayanacaq olacaq
28.12.2011 - 14:57
Berti Foqts: Azərbaycan yığması karyeramda son dayanacaq olacaq
Berti Foqts məşqçilik karyerasını Azərbaycanda başa vuracaq. Apasport.az saytının məlumatına görə, 65 yaşlı almaniyalı mütəxəssisin təqaüdə çıxmağının daha gec müddətə təxirə salınmağı vətənində qeyd olunur.

Bu, Foqtsun milli komandamızda qalmağını dəqiqləşdirən AFFA ilə daha 2 illik müqavilə imzalanmağından sonra reallaşıb. 2014-cü il dünya çempionatının seçmə mərhələsinin sonuna kimi yığmamızda “sükanı arxası”nda olacaq təcrübəli çalışdırıcı ölkəmizin məşqçilik karyerasında son dayanacaq olduğunu Almaniyanın məşhur “Kikker” nəşrinə müsahibəsində təsdiqləyib.

Qeyd edək ki, 2008-ci ilin aprelindən millimizi çalışdıran Foqtsun məşqçilikdə əsas uğurları öz yığmasında olub. Belə ki, o, Almaniya milli komandasını 1996-cı ildə Avropa çempionu edib. Foqts Bundestimin 1990-98-ci illərdə çalışdırıcı kimi 102 oyunda 66 qələbə qazanıb.