“Bakı” - gedənlərin sayı artır
28.12.2011 - 22:36
Ölkə çempionatında ümidləri doğrultmayan “Bakı” klubu daha iki futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Aleksandr Starkov bu dəfə legionerlərdən imtina edib.
Yarımmüdafiəçi Ernad Skuliçlə müqaviləyə xitam verilib. Ruslan Leviqa ilə müqavilənin isə vaxtı bitdiyindən tərəflər arasında yeni anlaşma imzalanmayıb.
Qeyd edək ki, “Bakı” buna qədər daha iki oyunçusu ilə yollarını ayırmşdı. Əziz Quliyev müqaviləsinin müddəti bitdiyindən “İnter”ə keçib. Müdafiəçi Emin Cəfərquliyev isə “Simurq”a icarəyə verilib.

0
0