Vaqif Cavadovun seçimi düz çıxdı
29.12.2011 - 10:32
“Volqa”nın azərbaycanlı hücumçusu Vaqif Cavadov Rusiya Premyer Liqasında 2011-ci ilin ən yaxşı futbolçusu ilə bağlı keçirilən sorğuda iştirak edib. Apasport.az saytının məlumatına görə, nüfuzlu “Sport-Ekspress” qəzeti Premyer Liqanın 16 iştirakçısının hər birindən meydanda olanların sayı qədər, yəni 11 futbolçunun fikirlərini öyrənib. “Volqa”nın “11-liy”i arasında yer alan 22 yaşlı hücumçumuz həmkarı Seydu Dumbiyanı (MOİK) 1-ci, Rusiya vətəndaşlığını daşıyan soydaşı Aleksandr Səmədovu 2-ci, “Dinamo”nun digər futbolçusu Andrey Voronini 3-cü yerdə göstərib.
Fil Dişi Sahili yığmasının da üzvü olan Seydu 288-ci xalla 1-ci olduğundan, Vaqifin qalibi düz tapdığını deyə bilərik. Onun 3-cü saydığı Voronin 190 xalla 2-ci olub. 3-cü yeri “Zenit”in və Portuqaliya millisinin yarımmüdafiəçisi Danni 119 xalla tutub.
Səsvermədə 8-ci olan Səmədov 21 xal toplayıb. Onu yalnız 1 futbolçu 1-ci yerdə göstərib ki, bu, Ukrayna yığmasının da üzvü olan komanda yoldaşı Voronindir. Aleksandr isə sorğuda Andreyi 1-ci, Dumbiyanı 2-ci, “Dinamo”da birgə oynadığı İqor Semşovu 3-cü yerdə göstərib.

0
0