“Onları hədələyirdilər ki, sizin ətinizdən kabab çəkəcəyik”
29.12.2011 - 12:47
“Onları hədələyirdilər ki, sizin ətinizdən kabab çəkəcəyik”
“SSRİ-nin son çempionatı çox qarışıqlıq idi. Elə komandalar var idi ki, Ermənistana getmək belə istəmirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna futbolunun veteranı Anatoli Tişenko deyib.

Karyerası əsasən “Karpatı” ilə bağlı olan ukraynalı 1991-ci ildə keçirilən son ittifaq çempionatını unuda bilmir: “Ora gedənlər ya geri bilet tapa bilmirdilər, ya da ümumiyyətlə, necə qayıtmaq haqda anlayışları olmurdu. Hətta hakimlər də bu bölgələrə getməkdən qorxurdular. Onları hədələyirdilər ki, sizin ətinizdən kabab çəkəcəyik. Hətta bir dəfə 3 hakimi gizlicə öz nümayəndə heyətimizlə təyyarəyə mindirib, aradan çıxardıq. Bundan sonra həmin hakimlərdən biri Vladimir Modelyanski hər dəfə məni görəndə, o vaxtı xatırlayır”.