Parks və Pit - STATİSTİKA
29.12.2011 - 15:31
“Xəzər Lənkəran” yekunlaşmaqda olan 2011-ci ildə 54 qol vurub. Apasport.az saytının məlumatına görə, bu qollardan 1-i avtoqol nəticəsində vurulub, digər 53 topun müəllifi isə komandada oynayan futbolçular olub.
53 qolu 16 müxtəlif futbolu imza atıb. Lənkəran klubunda 2011-də ən çox fərqlənmiş futbolçu hazırda onun şərəfini qorumayan Uinston Parksdı. Bu yay “Bakı”ya Kosta-Rika yığmasının hücumçusu 7 dəfə rəqib qapılarına yol tapıb. Hazırda “Xəzər Lənkəran”da oynayanlardan afrikalılar – nigeriyalı Emeka Opara və syerra-leoneli Julius Vobay ən yaxşı göstəriciyə malikdirlər - hərəyə 6 qol.
“Ağ-yaşıllarda” 2011-in ən yaxşı assistenti isə Adrian Pitdir. Rumın yarımmüdafiəçi 6 dəfə komanda yoldaşlarına qol vurmaq üçün şərait yaradıb. Pit bu il komandanın iştirak etdiyi hər üç turnirdə - Premyer Liqada, ölkə kubokunda, Avroliqada məhsuldar ötürmə müəllifi kimi yadda qalıb.
Mənbə: lankaranfc.com

№ | Oyunçular | Qol sayı | Qeyd |
---|---|---|---|
1 | Uinston Parks | 7 | komandadan ayrılıb |
2-3 | Julius Vobay | 6 | |
2-3 | Emeka Opara | 6 | |
4 | Branimir Subaşiç | 5 | |
5 | Katalin Doman | 4 | |
6-11 | Adrian Pit | 3 | |
6-11 | Antonio Semedo | 3 | |
6-11 | Deyan Rusiç | 3 | |
6-11 | Elnur Abdullayev | 3 | |
6-11 | Hristu Kyaku | 3 | komandadan ayrılıb |
6-11 | Rahid Əmirquliyev | 3 | |
12-13 | Adrian Skarlatake | 2 | komandadan ayrılıb |
12-13 | Andrei Mureşan | 2 | |
14-16 | Eder Bonfim | 1 | |
14-16 | Rikardo Qomeş | 1 | |
14-16 | Zahid Quliyev | 1 |
“Ağ-yaşıllarda” 2011-in ən yaxşı assistenti isə Adrian Pitdir. Rumın yarımmüdafiəçi 6 dəfə komanda yoldaşlarına qol vurmaq üçün şərait yaradıb. Pit bu il komandanın iştirak etdiyi hər üç turnirdə - Premyer Liqada, ölkə kubokunda, Avroliqada məhsuldar ötürmə müəllifi kimi yadda qalıb.
№ | Oyunçu | Assist sayı | Qeyd |
---|---|---|---|
1 | Adrian Pit | 6 | |
2-4 | Eder Bonfim | 3 | |
2-4 | Hristu Kyaku | 3 | komandadan ayrılıb |
2-4 | Julis Vobay | 3 | |
5-8 | Andrei Mureşan | 2 | |
5-8 | Antonio Semedo | 2 | |
5-8 | Elnur Abdullayev | 2 | |
5-8 | Rahid Əmirquliyev | 2 | |
9-14 | Eıvin Beqiri | 1 | |
9-14 | Emeka Opara | 1 | |
9-14 | Katalin Doman | 1 | |
9-14 | Mario Rosas | 1 | |
9-14 | Simao Bruno | 1 | komandadan ayrılıb |
9-14 | Uinston Parks | 1 | komandadan ayrılıb |
Mənbə: lankaranfc.com
0
0