“Panionios”un baş məşqçisi Araz Abdullayevi hazır futbolçu sayır
29.12.2011 - 18:11
“Panionios”un baş məşqçisi Araz Abdullayevi hazır futbolçu sayır
“Rəhbərlikdən xahiş etdim ki, ilk növbədə indiki heyəti qoruyub saxlasınlar. Məni ən çox maraqlandıran da bu idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstanın “Panionios” klubunun baş məşqçisi Apostolos Mantzios deyib.

Azərbaycan yığmasının üzvü Araz Abdullayevin icarəyə verildiyi yunan klubunun çalışdırıcısı bu gün mətbuat konfransı keçirib. O, qış fasiləsi ilə bağlı fikirlərini açıqlayıb: “Artıq bir neçə oyunçunu heyətimizə qatmışıq. Bizə yalnız hazır futbolçular lazımdır ki, qısa zamanda komandaya uyğunlaşsın. Klubumuzdakı maliyyə problemləri üzündən transferlərə deyil, icarələrə üstünlük vermək məcburiyyətindəyik. Təkcə Superliqada qalmaqla kifayətlənməyəcəyik. Mümkün qədər yüksək yeri tutmaq niyyətindəyik”.
0