“Qəbələ”nin rəqiblərindən ikisi müəyyənləşdi
29.12.2011 - 18:22
“Qəbələ”nin rəqiblərindən ikisi müəyyənləşdi
“Qəbələ"nin Türkiyədəki hazırlıq planına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, gələn il yanvarın 19-dan fevralın 4-dək Antalyada toplanış keçəcək Premyer Liqa təmsilçisi “Gloria Serenity” otelində məskunlaşacaq.

Baş məşqçi Fatih Kavlak hazırlıq dövründə ən azı 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərdən hələlik yalnız ikisi məlumdur. Bunlar Qazaxıstanın "Atırau" və Ukraynanın "Krivbass" klublarıdır. Komanda son yoxlama oyununu fevralın 3-də keçirəcək. Serj Cehua ilə yolları ayıran komanda qış fasiləsində 1 və ya 2 əcnəbi futbolçunu heyətinə qatmağı planlaşdırır.