Valdesdən dekabrda 1 aprel zarafatı
30.12.2011 - 13:59
Valdesdən dekabrda 1 aprel zarafatı
“Barselona”nın qapıçısı Viktor Valdes insanlarla məzələnib. Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının da üzvü olan dünya çempionu “Tvitter” sosial şəbəkəsində səhifəsində onun üzərinə akula hücum etdiyini yazıb.

Yeni il tətilini Kanar adalarında keçirən Viktor dənizdə çimərkən yırtıcı balığın qurbanı olduğunu və Fuerteventur şəhərinin xəstəxanasında yerləşdiyini xəbər verib. Hətta qapıçı başı akulanın ağzında olan şəkli də səhifəsinə qoyub. O, eyni zamanda özünə yetirilən xəsarətlərin nə dərəcədə ciddi olduğunu bilmədiyini qeyd edib.

Bundan bir az keçəndən sonra Valdes növbəti yazısında zarafat etdiyini etiraf edib. Valdesə akula hücumu ilə bağlı şərhlərə nəzər yetirəndə, “Tvitter”in oxucularının xəbəri ciddi qəbul etmədiyi qənaətinə gəlinib.

Hətta oxuculardan biri balığın vəziyyəti maraqlanıb. Digəri isə akulanın təsadüfən “Barsa”nın kapitanı Karles Puyol olmadığını soruşub.