“Barselona”nı məğlub edib, “Apasport”a təbrik göndərdilər
30.12.2011 - 14:34
Tarixinin 5-ci Yeni ilini qarşılayacaq apasport.az saytı təkcə Azərbaycanda deyil, dünyanın bir çox futbol ölkələrində də tanınır. Bunun nəticəsidir ki, hazırda planetin ən güclü çempionatı adına iddia edən İspaniyadan da ünvanımıza təbrik gəlib.
Belə ki, Primeronun tanınmış klublarından olan “Valyadolid” apasport.az-ı Yeni il münasibətilə təbrik edib. Klubun mətbuat xidmətinin rəhbəri Mario Migel təmsil etdiyi komanda adından əməkdaşlarımıza xoş arzularını çatdırıb: “Arzu edirəm ki, 2012-ci ildə bütün istəkləriniz həyata keçsin. Ən əsası isə sizə xoşbəxtlik arzulayıram”.
1928-ci ildə yaradılan “Valyadolid” fasilələrlə uzun illər Primerada çıxış edib. Vaxtilə Liqa kubokuna yiyələnib, Kral Kubokunun finalında oynamış komanda aşağı dəstədə dəfələrlə çempion adını qazanıb. Hazırda məşhur serbiyalı Miroslav Cukiçin baş məşqçisi olduğu komanda yenə aşağı dəstədə mübarizə aparır.
18 turdan sonra 4-cü pillədə olan “Valyadolid” 2011-ci ildəki son matçında “Barselona”nın B komandasını 1:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra saytımıza yeni il təbriki göndərən İspaniya təmsilçisi ilə apasport.az arasında münasibətlərin təməli isə 2008-ci ilin sonlarında qoyulub.
Buna 2008/09 mövsümünün qış fasiləsində ispaniyalıların Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovu baxışa dəvət etməsi səbəb olub.

0
0