“Onlar məni dünyanın ən yaxşı futbolçusu sayırlar” - MÜSAHİBƏ
30.12.2011 - 16:57
Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov apasport.az saytına müsahibəsində futboldan deyil, şəxsi həyatından danışıb
“Adamı hövsələdən çıxaranda başqa cür oluram”
- Qarşıdan yeni il gəlir. Övladlarınızı necə sevindirməyi düşünürsünüz?
- Gücüm çatan hədiyyəni alacağam. Düşünürəm ki, kukla alım. Çünki 2 qızım var.
- Özləri nə tələb edirlər?
- Şükür Allaha, hələlik onların istədiklərini almağa gücüm çatır. Həm də istədikləri elə bahalı olmur.
- Belə məqamlarda siz valideynlərinizdən nə istəmisiniz?
- Vallah, o vaxtlar belə hadisələrə heç fikir verməmişəm. Evdəkilərdən heç nə istəməmişəm.
- Övladlarınız sizə oxşayıb, yoxsa, bir qədər ərköyündürlər?
- O baxımdan mənə çəkiblər. Atalarına oxşayıblar, sözəbaxandırlar (gülür)
- Futbolçu kimi sakit təbiətlisiniz. Bəs həyatda necəsiniz?
- Düzü, kənardan çox sakit görünürəm. Amma adamı hövsələdən çıxaranda, başqa cür oluram. Hər zaman çalışıram ki, məsələləri sülhə çəkim. Çox da göründüyüm kimi deyiləm.
- Övladlarınız əsasən sizə nə sual verirlər? Futbolla, öz oyununuzla bağlı nə soruşurlar?
- Onlar hələ uşaqdırlar. Bir neçə il əvvəldən bilirdilər ki, ataları futbolçudur. Məni televizorda görən kimi, oyunumu axıra qədər izləyirdilər. Hələ də davam edirlər.
“Deyirlər ki, pis də oynayarsan, yaxşı da”
- Bəs soruşmurlar ki, bu yolun sonu hara qədərdir?
- Demirlər. Əksinə bir qədər kefim olmayanda, hövsələdən çıxanda, mənə dəstək verirlər. Deyirlər ki, pis də oynayarsan, yaxşı da. Bir qədər də irəli gedək. Onlar məni dünyanın ən yaxşı futbolçusu hesab edirlər. Qızlar bu sualı mənə heç vaxt vermirlər. Həmişə deyirlər ki, ata, oyna.
- Ümumiyyətlə ailə sizin üçün nədir. Kiçik dövlətdə əsasən nəyə üstünlük verirsiniz?
- Futbol sənətimiz, peşəmiz, sevdiyimiz iş, qazanc yerimizdir. Amma ailənin yeri başqadır. Ailə birincidir. Ailədə ilk növbədə qarşılıqlı hörmət olmalıdır. Üzvlər bir-birini başa düşməlidir. Mehribançılıq, səmimiyyət və incə məqamlar vacibdir. Ailədə gözəlliyə xas hər şey olmalıdır.
- Oynadığınız futbol göz qabağındadır. Maraqlıdır, siz bundan başqa nəyə könül vermisiniz?
- Marağım çox olan başqa sahə yoxdur. Hər kəsin bildiyi kimi, mənim əsas işim futboldur. Səhərlər duranda televizoru açıb, xəbərlərə baxıram ki, Azərbaycanda nə baş verir. Nə yeniliklər var? Özümü hərtərəfli informasiyaya sahib etmək niyyətindəyəm. Amma sözsüz ki, daha çox idman verilişlərinə baxıram.
“Mənim üçün dünyaya gəldiyim gün ən sevincli gündür”
- Sizin üçün elə bir gün var ki, onu heç vaxt unuda bilmirsiniz, daim axtarırsınız?
- Mənim üçün dünyanın ən dəyərli günü anadan olduğum gündür. Çünki bütün arzulara boylanmaq məhz bu gündən başlanır. Eyni zamanda, insan Allahını dərk edən gün də çox sevinməlidir. Əlbəttə, bu mənim şəxsi düşüncələrimdir. Kimsə mənimlə razılaşmaya bilər.
- Özünüz necə, ibadət edirsiniz?
- Düzü, ibadət etmirəm. Amma çalışıram ki, bəndə qarşısında qoyulan şərtlərə riayət edim. Bunu həyatımın əsas prinsiplərindən biri sayıram.
- Gecə həyatına, klublara marağınız necədir? Klublara gedirsiniz?
- Hər zaman özümə tələbkar insan olmuşam. Çalışmışam ki, oynadığım klubların nüfuzuna xələl gətirməyim. İstəmişəm ki, formasını geyindiyim klublar həmişə məndən razı qalsınlar. Onların öndə, liderlər qrupunda olması üçün çalışmışam.
“Ən çox sevdiyim yemək plovdur”
- Gəncənin zəngin mətbəxə malik olması heç kimə sirr deyil...
- Yaşımdan asılı olmayaraq, həmişə ən çox sevdiyim yemək plovdur. Bir də gürcü yox, Azərbaycan xəngəlindən heç vaxt imtina etmərəm.
- Maraq göstərdiyiniz film hansıdır?
- Desəm ki, mütəmadi filmlərə baxıram, yalan olar. Amma köhnə Azərbaycan kinolarına tamaşa edirəm.
- Köhnə kinolara maraq göstərdiyinizi bildik. Bəs, köhnə adətlərə, yoxsa müasirliyə marağınız çoxdur? Məsələn, indiki, yoxsa keçmiş toylara üstünlük verərdiniz?
- Gəncədə yaşadığım vaxtda bu şəhərdə şadlıq sarayları olsa da, az idi. Restoranların təzə-təzə tikməyə başlamışdılar. Toylar məni çox sevindirir. Çünki Azərbaycanda qurulan ailənin sayı daha da artır. Fərqləndirməyə gəlincə, pis çıxmasın, yeməklər elə həmin yeməklərdir. Azərbaycan mətbəxini dəyişmək olmur. Fərq odur ki, indiki şadlıq saraylarının xidməti və görünüşü yaxşıdır. Bu barədə müəyyən irəliləyişlər var.
- Bizdə oyunlardan sonra futbolçulara yaxınlaşıb şəkil çəkdirmək az hallarda olsa da, qeyri-adi də qəbul olunmur. Maraqlıdır, sizə küçədə bu istəklə yaxınlaşan olubmu?
- Olub. İndi də davam edir. Heç vaxt onlara etiraz etməmişəm. Mənim üçün insanın yaşı deyil, istəyi önəmlidir. Ən kiçiyinin də ürəyini qırmamışam.
- Müğənnilərdən kimi fərqləndirə bilərsiniz?
- Konkret pərəstiş etdiyim müğənni yoxdur. Adətən öz mahnılarımıza qulaq asıram. Mənim üçün oxuyanın fərqi yoxdur. Əsas olan sözlərdəki mənadır.
- 2011-ci il sizin üçün nə ilə yadda qaldı və növbəti 365 gündən gözləntiləriniz nədir?
- 2011-ci il elə də yadda qalan olmadı. Hər halda, təqvim ilini yaşadıq. Əgər sizinlə bu gün danışıramsa, deməli, sağam, xətadan, bəladan uzağam. Qarşıdan gələn il münasibəti ilə futbol ictimaiyyətini, Azərbaycan xalqını təbrik edirəm. Özümə də arzu edirəm ki, 2012 mənim üçün uğurlu olsun.

0
0