“Səbuhinin ölümünə hələ də inanmıram”
05.01.2012 - 00:03
Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov apasport.az saytına müsahibəsində mərhum qardaşı Səbuhi Sadiqovdan danışıb.
- 2011-ci ilin sizin üçün necə keçdiyini soruşmaq bir qədər yersizdir. Çünki cavan qardaşınızı itirdiniz. Necə toparlandınız?
- Açığı, ilk dövrədə necə oynadığımı özüm də bilmədim. 5-6 ay öncə baş verənləri izah etməyə söz tapmıram. Tərpənmək belə, çox ağır idi. Ailədəki vəziyyətin oyunlarıma da təsiri oldu. Əvvəlki qaydada motivasiya ola bilmirdim. Bu yükü qaldırmaq mənim üçün çox ağır idi. Yavaş-yavaş özümə gəlməliyəm. Fevraldan daha yaxşı mübarizə aparacağıma ümidvaram. Amma dəqiq deyil.
- Qardaş itkisi ilə barışmaq çox ağırdır. Bunun öhdəsindən necə gəldiniz, sizə kim yardımçı oldu?
- Doğurdan da barışmaq olmur. Səbuhinin ölümünə hələ də inanmıram. Hər dəfə yadıma düşəndə, ağır hisslər keçirirəm. Çalışırıq ki, həyatın tələbi ilə barışaq. Heç kim heç nədən sığortalanmayıb.
- Siz daha çox səfərlərdə olduğunuzdan, fikriniz dağılır. Bəs, ailədə vəziyyət necədir?
- Yaxşıdır. Çalışıram ki, əlimdən gələni edim ki, onlar çətinlik görməsinlər. Onların təskinlik tapmasına çalışıram. Amma nə etsəm də gedəni qaytarmaq olmur.
- Bildiyimiz qədəri ilə Səbuhi ailəli idi və bir qız övladı var idi. O, bu barədə nəsə soruşurmu?
- Yox, hələ 1 yaşı var. İstəyirəm ki, qızı atasının adına layiq övlad olsun.
- Çətin vəziyyətdə həm azarkeşlər, həm futbolçular, həm də mətbuat sizə dəstək oldular. Arxalı olduğunuzu heç hiss etdinizmi?
- Düzdür, bunu “Brügge” ilə oyunda daha çox gördüm. Azarkeşlər mənim və qardaşımın adını dayanmadan çağırırdılar. Azarkeşlər və mətbuat mənə çox kömək etdi. Sağ olsunlar, Allah hər birindən razı olsun!
- Amma bütün bunlar müvəqqəti təskinlik idi...
- Düzdür. Doğma qandan, candan olmaq başqadır.
- Adətən insan çətinə düşəndə ətrafını tanıyır. Sizin üçün nəsə ciddi sınaq oldumu?
- Dostlarımız, qohumlarımız, ailəmiz hər zaman bir yerdə idik. Çətin vaxtları da birgə keçirdik. Əksinə, həmin çətin günlərdə ətrafımdakıların sayı bir qədər də çoxaldı.
- Dönük çıxan olmadı?
- Yox. Heç kim mənə arxasını çevirmədi.
- Mərhumla bağlı ən çox yadınızda qalan, sizi rahat buraxmayan epizod hansıdır?
- Belə epizodlar çox olub. Mənə o qədər ağır, çətin və həyəcanlıdır ki, deyə bilmirəm. Bizim aramızda yaş fərqi elə də böyük deyil. Hər zaman bir yerdə olmuşuq. Eyni məşq etmişik. Hazırlıqdan gələndən sonra isə günortadan axşama qədər dərdləşmişik, düşüncələrimizi paylaşmışıq. Buzovnada yerləşən ikimərtəbəli həyət evində bir yerdə qalırdıq. Hər yerə birgə getmişik.
- Onsuz ilk Yeni ili necə qarşıladınız?
- Qeyd etmədik. Adi bir gün kimi gəldi, getdi. Evdə digər günlərə necə reaksiya verirdiksə, bu da belə oldu.
- İtirənlər həmin hissi daha yaxşı dərk edirlər. Qardaş itirmək insandan nəyi alır, aparır?
- Qardaş tamam başqa məfhumdur. O, mənim tək qardaşım, arxa-dayağım idi. Hər hansı bir problemim, çətin, sevincli günüm olan kimi onunla bölüşürdüm. Onun üstünə qaçırdım. Biz bir-birimizə əsl dayaq idik. Bilirsiniz ki, futbolçu həyatının bir qismi səfərlərdə keçir. Təlim-məşq toplanışları, oyunlara görə evdən kənarda olursan. Mən evdə olmayanda ona hər şeyi etibar edib, rahat gedirdim. İndi o rahatlığım yoxdur. Hər problemi bir yerdə həll etməklə yanaşı, yaxşı günlərimizi də birgə qeyd edirdik. Amma bayaq da dediyim kimi, bu həyat sürprizlərlə doludur.

0
0